Yasamalda avtomobillər toqquşub, yaralanan var

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1995-ci il təvəllüdlü Kəlbiyev Əmrah Zöhrab oğlu idarə etdiyi avtomobildə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi ilə toqquşub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər