Yasamalda 3 fərdi yaşayış evi yanıb, 1 nəfər xəsarət alıb - FOTO

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xıdır Mustafayev küçəsində yerləşən bir-birinə bitişik 3 fərdi yaşayış evində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə qısa qapanma səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Yanğın nəticəsində 1 yeniyetmə xəsarət alıb. Ona hadisə yerində tibbi yardım göstərilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47