Yaponiyada 5 maqnitudan güclü zəlzələ olub

Bakı. 4 yanvar. REPORT.AZ/ Yaponiyanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 01:30-da baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41
Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56