FHN rəsmisi: "Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalıdır"

"Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalı, yanacaqdoldurma məntəqələrində bütün təhlükəsizlik qorunmalıdır".

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neft-kimya və neftqaz emalı sənayesində işlərin təhlükəsiz görülməsində nəzarət müfəttişliyinin rəisi Eltun Həsənov jurnalistlər üçün keçirilən təlim zamanı deyib.

O bildirib ki, yanacaqdoldurma məntəqələrinin müəyyən mühafizə zonası olmalıdır: "Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalıdır. Lakin bu məsəfalər yanacaqdoldurma məntəqəsinin sutkalıq xidmət göstərdiyi avtomobillərdən asılı olaraq məsafə dəyişə bilər. Yanacaqdoldurma məntəqələrinin operatorlarına xüsusi kurslar keçirilir. Hadisə zamanı ilkin olaraq müdaxiləni yanacaqdoldurma məntəqələrində çalışan operatorlar etməlidir. Yanacaqdoldurma məntəqələrində məlumat lövhələri yerləşdirilməli, təhlükəli hallar izah edilməlidir".

Digər xəbərlər