Xudatda tanışını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkənənin baxış iclası martın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. 1964-cü il təvəllüdlü B.Çobanov tanışı, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib.

Məlumata görə, həmin şəxslər yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman B.Çobanov H.Babayevə bıçaqla zərbə endirib.

B.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Digər xəbərlər