Xızı. 7 avqust. REPORT.AZ/ Xızı rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***15:21
Xızı. 7 avqust. REPORT.AZ/ Xızı rayonunda avtomobil dərəyə aşıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobildə olan sürücü və onun 2 sərnişini ağır bədən xəsarətləri alıb.