Xırdalanda yol qəzası olub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan dairəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Həziyev Yusif Hicran oğlu xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Y.Həziyevə sağ qolun əziyi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03