Xırdalanda motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Mirzəyev Kamal Mehman oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol biləyin sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.

Digər xəbərlər