Sumqayıt. 9 yanvar. REPORT.AZ/ Xırdalanda ər arvadını boşanmaq üçün məhkəmə müraciət etməsinə görə öldürüb.
"Report"un yerli bürosu xəbər verir ki, 31 yaşlı Elgün Ağasənov Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. E.Ağasənov ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli isə qısqanclıq zəminində törətdiyini boynuna alıb.
A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***17:42
Sumqayıt. 9 yanvar. REPORT.AZ/ Xırdalan şəhərində qətl hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan, 24 yaşlı Axirə Nadirova bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.