Xırdalanda avtomobil gənci vurub öldürdü

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Qasımov Nasim Nazim oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatı Abşeron rayon prokurorluğu tərəfindən araşdırılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41