Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Baxşəlizadə Telli Abdulla qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.