Xırdalanda 21 yaşlı gənc qonşusu ilə dava zamanı bıçaqlanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.

"Report"un xəbərinə görə, 1997-ci il təvəllüdlü Səfərov Ceyhun Yusif oğlu küçədə qonşusu ilə əlbəyaxa dava edib.

Dava zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

İnsidentlə bağlı bir nəfər saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47