​Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 7 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Səbail rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.

Xilasedicilər liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54