XİN: İranda baş vermiş təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Bakı. 18 fevral. REPORT.AZ/ İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

O, qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcək. 

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54