Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:29-da Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3, dərinliyi isə 60 km olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27