Xəzər rayonunda avtomobil aşıb, sürücü yaralanıb

Bakının Xəzər rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Şərifov Xəyal Gəncəli oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45