Xəzər dənizində zəlzələ olub

Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Report" verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26