Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yolda yük maşını vurub.

Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər