Xaçmazda parkda qadın döyülüb 

Xaçmazda döyülmə hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb.

Belə ki, M.N. (şərtidir) qeyri-rəsmi nikahda yaşadığı T. (şərtidir) adlı şəxslə parkda mübahisə edib. Nəticədə M.N.həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Xəstəxanada qadına ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26