Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Şabran-Xaçmaz avtomobil yolunda baş verib.

Belə ki, "Daewoo Nexia" və "İsuzu" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nadir Nafik oğlu Lalayev, 1989-cu il təvəllüdlü Səfər Adil oğlu Ağayev və 1954-cü il təvəllüdlü Kərim Mayıl oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər