Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğuna görə həbs edilib

Kiyev. 22 yanvar. REPORT.AZ/ Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğu və qarət üstündə saxlanılaraq həbs edilib. 

"Report" xəbər verir ki, paytaxt Kiyev şəhərinin Qolosevskiy rayonu məhkəməsinin qərarı ilə saxlanılan Azərbaycanın vətəndaşı, 1975-ci ildə anadan olan Neymətzadə Xalid Fəzail oğlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət işinin istintaqı gedir, zərərçəkənlər dindirilir.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38