Ucarda yük avtomobilləri toqquşub

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Yevlax avtomobil yolunun Ucarın Bərguşad kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərid Pənahlının idarə etdiyi “KaMAZ” markalı yük avtomobili ilə 1959-cu il təvəllüdlü Ayaz Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “KaMAZ” aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Fakta bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15