Ucarda təcili yardım avtomobili piyadanı vurub öldürdü

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub.

S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19