Ucarda lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14