Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50