Ucarda 16 yaşlı yeniyetmə suda boğulub

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlu Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.

Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02