Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib. 

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02