Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Türkiyə Respublikasının hüquqi şəxsi “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47