Tovuzda qətl törədilib

Tovuz rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini,1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədəov Elvin Submat oğlu tərəfindən qətlə yetirilib.

Hadisənin içki məclisindən sonra yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04