Tovuzda piyadanı avtomobil vuraraq öldürüb 

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qovlar şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1964-cü il təvəllüdlü Məmmədov Zülfüqarı "VAZ" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48