Tovuzda körpə su kanalında boğularaq ölüb

Tovuz rayonunda körpə su kanalına düşərək boğulub.

"Report"un məlumatına görə, hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.

Su kanalında batan şəxsin 2019-cu il təvəllüdlü Uğur Qəşəmov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda 10 şagird zəhərlənib 29 oktyabr, 2026 / 16:50