Tovuzda ev yanıb - FOTO

Tovuz. 28 mart. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Sadəddin Məmmədov küçəsi, 3 ünvanında, Elmira Məmmədovaya məxsus yardımçı tikilidə baş verib.

Alov gücləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Nəticədə yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ev sahibinin sözlərinə görə, yanğına güclü külək nəticəsində elektrik naqillərində yaranan qısqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26