Tovuzda 59 yaşlı qadını avtomobil vurub

Tovuzda 59 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Hüseynova Gülxanım İslam qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26