Tovuzda 33 yaşlı qadın zəhərlənərək ölüb

Tovuz. 14 dekabr. REPORT.AZ/ Tovuz rayonunda 33 yaşlı qadın zəhərlənmədən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Yusibova Şəhla Cabbar qızı yaşadığı evdə zəhərlənib. Yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Yusibovaya göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onun nədən zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37