Tovuz rayonunda yerli sakini elektrik cərəyanı vurub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Rayonun Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Tacəddin Həsənov iş görən zaman onu elektik cərəyanı vuraraq öldürüb. Hadisənin təfərrüatı araşdırılır.