​Tovuzda ərzaq mağazası yanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Tovuz şəhərində vətəndaşa məxsus birmərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik ərzaq mağazasının yanar konstruksiyaları içərisində olan mallarla birgə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54