Tovuz. 26 fevral. REPORT.AZ/ Axşam saatlarında Tovuz şəhəri, M.P.Vaqif küçəsində, ümumi sahəsi 60 m2 olan 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Qaratel Ələkbərovaya məxsus evdə baş verib. Yanğın zamanı ev sahibəsinin halı pisləşib.
Hadisə yerinə FHN-in Tovuz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.