Tovuz. 4 fevral. REPORT.AZ/ Tovuz sakini özünü öldürmək istəyib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini, 1984-cu il təvəllüdlü Zabit Əliyev satdığı mal-qaranın pulunu ala bilmədiyi üçün qarşı tərəfə hədə-qorxu gəlmək məqsədi ilə benzin içərək intihara cəhd edib.
O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Z.Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.