Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Sudan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən məmnunluq ifadə olunub, bu çərçivədə ölkələr arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların mövcud olduğu bildirilib.
İki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında mülki müdafiə, yanğın təhlükəsizliyi və digər istiqamətlərdə, o cümlədən təcrübə mübadiləsi və mütəxəssis hazırlığı məsələləri üzrə əməkdaşlığın qarşılıqlı faydası vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.