Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Digər xəbərlər