Tərtərdə 30 yaşlı qadın intihar edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Tərtər rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Mamırlı kəndində 1988-ci il təvəllüdlü Nərgiz İsmayıl qızı Quliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36