Tərtər sakininin üzərindən avtomat aşkarlanıb

Tərtər. 13 oktyabr. REPORT.AZ/ Tərtər rayon sakininin üzərindən avtomat, onun patron və darağı aşkarlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Tərtər rayon sakini 1973-cü il təvəllüdlü Şikar Baxşalı Oğlu Məmmədov Bərdə rayonu ərazisində silah-sursat satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 1 ədəd "AK" markalı avtomat, 2 ədəd patron darağı, 42 ədəd patron aşkar edilib.

Araşdırmalar zamanı Ş.Məmmədova həmin silahı və döyüş sursatını Laçın rayon sakini 1983-cü il təvəllüdlü Tacir Telman oğlu İsgəndərovun satdığı məlum olub. Faktla bağlı T.İsgəndərov saxlanılıb. 

 Araşdırmalar aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41