Tərtər sakini 4 nəfərin pulunu mənimsəyib

Bakı. 7 iyul. REPORT.AZ/ Dələduzluq etməkdə şübhəli biinən Tərtər sakini saxlanılıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprel-iyun ayları ərzində Tərtər şəhər sakini Sahil Abdullayev Şıxarx, Azadqaraqoyunlu və Qaradağlı kənd sakinləri olan 4 nəfəri aldadaraq onlardan ümumilikdə 5150 manat pul alıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Abdullayev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43