Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var

Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində baş verib.

Nəticədə Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39