Suriyada qəzaya uğrayan Rusiya təyyarəsində 39 nəfər olub

Bakı. 6 mart. REPORT.AZ/ Suriyadakı "Xmeymim" hərbi bazasına eniş zamanı qəzaya uğrayan Rusiyaya məxsus "An-26" nəqliyyat təyyarəsində 39 nəfər olub. Onların heç biri sağ qalmayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, təyyarədə 33 sərnişin və 6 heyət üzvü olub.

Təyyarənin "qara qutusu" artıq tapılıb və "Xmeymim" bazasına aparılıb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38