Suraxanıda 2 nəfər dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində 1975-ci il təvəllüdlü Məhərrəmova Güləbətin Nizami qızı dəm qazından zəhərlənib.

Qeyd edək ki, analogi hadisə rayonun Qaraçuxur qəsəbəsində də qeydə alınıb. 22 yaşlı Zeynalova Səma Zülfi qızı dəm qazından zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45