Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu Suqovuşanda binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.
Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.