Sumqayıtda yaşayış binasında mənzil yanıb

Sumqayıt şəhərində yaşayış binasında mənzil yanır.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-un Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19