Sumqayıtda qanunsuz tikintilərin qarşısı alınıb

Sumqayıtda qanunsuz tikintilərin qarşısı alınıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən şəhərin Corat qəsəbəsində və Yevlax şəhəri, Vidadi küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Agentlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Digər xəbərlər