Sumqayıtda mübahisə iki nəfəri xəstəxanalıq edib

Sumqayıt şəhərində mübahisə qanla bitib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 21-ci məhəllə ərazisində qeydə alınıb.

İlkin məlumata görə, tərəflər arasında baş verən mübahisə zamanı 1988-ci il təvəllüdlü Bəkirov Anar Xaləddin oğlu bıçaqlanıb. Eyni zamanda 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Tofiq oğlunun baş nahiyəsinə daşla zərbələr endirilib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51